BİZNES

17 Oktyabr

Çin və ABŞ arasında artan gərginlik nəticəsində neft qiymətləri 2% ucuzlaşıb

Finss.az xəbər verir ki, çərşənbə axşamı günortadan sonra neft qiymətləri ABŞ və Çin arasında gərginliyin artması fonunda ucuzlaşıb.

Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti, Moskva vaxtı ilə saat 14:37-ə olan vəziyyətə görə, əvvəlki bağlanışdan 1,26 dollar (1,99%) azalaraq 62,06 dollar/barel təşkil edib.

Nyu-York əmtəə birjasında (NYMEX) noyabr ayı üçün WTI neftinin fyuçersləri 1,24 dollar (2,08%) ucuzlaşaraq bir barelə görə 58,25 dollar təşkil edib.

Çin hakimiyyətinin Cənubi Koreyanın gəmiqayırma nəhəngi Hanwha Ocean Co-nun beş Amerika törəmə şirkətinə qarşı sanksiyalar tətbiq etməsindən sonra hər iki xam neftin qiyməti beş ayın ən aşağı səviyyələrinə çatıb.